Qadınlar arasında Azərbaycan çempionatının qalibləri məlum oldu
Qadın boksçular arasında Azərbaycan çempionatında mükafatçılar məlum olub.
"Mediasport" xəbər verir ki, bu gün baş tutan final görüşləri ilə dörd çəki dərəcəsində ölkə çempionları müəyyənləşib.
Bakı Boks Mərkəzində təşkil edilən yarışda 51 kq çəkidə Sumqayıt təmsilçisi Cəmilə Sultanlı, 55 kq-da "Z-1" İK-dan Lalə Mədətova, 60 kq-da "Neftçi" İK-dan Emili Rzayeva, 65 kq-da isə Gəncə idmançısı Fatimə Mehdiyeva qızıl medal qazanıb.
Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc mükafatla başa vurub.
Azərbaycan birinciliyi sabah yekunlaşacaq.

