Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində yarışacaqlar

Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində yarışacaqlar

Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək Olimpiya ümidləri turnirdə iştirak edəcəklər.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Üç gün davam edəcək yarış iyunun 18-də start götürəcək.

Komandamız turnirdə 2 yaş kateqoriyasında mübarizə aparacaq.

U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.

Oğlan boksçular baş məşqçi Elbrus Rzayevin, qızlar isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi ilə yarışacaqlar.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.