Qətərdə FİFA U-17 Dünya Kuboku start götürdü - İLK NƏTİCƏLƏR
Qətərdə futbol üzrə FİFA U-17 Dünya Kuboku start götürüb.
Tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunan turnir dekabrın 13-nə qədər davam edəcək.
Qarşılaşmalar Dohadakı "Aspire Zone" idman kompleksinin meydançalarında keçirilir, final matçı isə "Əhməd bin Əli" stadionunda baş tutacaq.
Turnirdə indiyədək 40 oyun keçirilib və azarkeşlər ümumilikdə 158 qola şahidlik ediblər.
A–H qruplarında komandalar artıq iki turu geridə qoyublar, I–L qruplarında isə hələlik yalnız ilk turun görüşləri başa çatıb.
Yarışın ilk günlərində İspaniyanın Ficini 15:0, Seneqalın isə Kubanı 9:0 hesabı ilə darmadağın etməsi turnirin ən diqqətçəkən nəticələri kimi yadda qalıb.
FİFA U-17 Dünya Kuboku. Qrup mərhələsi
A qrupu
Qətər – Panama 2:0
Misir – Yunanıstan 1:2
Yunanıstan – Panama 2:1
Qətər – Misir 0:2
B qrupu
Cənubi Koreya – Uqanda 3:0
Yeni Kaledoniya – Ekvador 0:1
Ekvador – Uqanda 0:0
Cənubi Koreya – Yeni Kaledoniya 6:0
C qrupu
Argentina – Avstraliya 0:2
Mozambik – Danimarka 4:0
Danimarka – Avstraliya 0:0
Argentina – Mozambik 2:1
D qrupu
Fransa – Haiti 3:1
Səudiyyə Ərəbistanı – Uruqvay 2:3
Fransa – Səudiyyə Ərəbistanı 0:1
Uruqvay – Haiti 4:1
E qrupu
İtaliya – Yamayka 6:0
Fil Dişi Sahili – Özbəkistan 2:1
Özbəkistan – Yamayka 6:2
İtaliya – Fil Dişi Sahili 2:1
F qrupu
Seneqal – Xorvatiya 1:1
Kuba – Tacikistan 3:5
Tacikistan – Xorvatiya 0:4
Seneqal – Kuba 9:0
G qrupu
Mali – Yeni Zelandiya 3:0
Belçika – Vyetnam 3:2
Vyetnam – Yeni Zelandiya 3:3
Mali – Belçika 2:1
H qrupu
İspaniya – Çin 5:0
Fici – Mərakeş 0:6
İspaniya – Fici 15:0
Mərakeş – Çin 2:2
I qrupu
Braziliya – İrlandiya 2:1
Tanzaniya – Kosta Rika 2:2
J qrupu
Çili – Əlcəzair 4:2
Dominikan Respublikası – Monteneqro 1:1
K qrupu
Meksika – Rumıniya 1:0
Kamerun – Venesuela 1:2
L qrupu
Yaponiya – Kolumbiya 1:2
Serbiya – Honduras 2:0
Qeyd edək ki, 1985-ci ildən 2023-cü ilə qədər iki ildən bir təşkil olunan yarış FİFA-nın yeni qərarına əsasən 2025-ci ildən etibarən hər il keçirilir və 2025–2029-cu illər arasındakı beş turnirin hamısına Qətər ev sahibliyi edir.
Əvvəllər 24 komandanın mübarizə apardığı DÇ-nin final mərhələsi genişləndirilərək 48 milli komandaya çatdırılıb.
Bu iştirakçıların 11-i Avropadan (UEFA), 10-u Afrikadan (CAF), 9-u Asiyadan (AFC), 8-i Şimali və Mərkəzi Amerikadan (CONCACAF), 7-si Cənubi Amerikadan (CONMEBOL), 3-ü isə Okeaniyadan (OFC) vəsiqə qazanır.
Turnir formatına görə, 48 yığma hər birində 4 komanda olmaqla 12 qrupa bölünür və hər kollektiv qrup mərhələsində 3 oyun keçirir.
Qruplarda ilk iki yeri tutan 24 komanda və ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi olmaqla, ümumilikdə 32 milli 1/16 final mərhələsinə adlayır.
Çempionat boyu ümumilikdə 104 qarşılaşma baş tutur və oyunlar standart olaraq 45 dəqiqəlik iki hissədən (90 dəqiqə) ibarətdir.
Yarışın reqlamentinə əsasən, pley-off mərhələsində əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt oynanılmır və qalib birbaşa penaltilər seriyası ilə müəyyənləşir.
Turnir tarixinin ən titullu komandası 5 çempionluqla Nigeriya, ikinci ən uğurlu yığma isə 4 kubokla Braziliyadır.
Ötən il Qətərdə keçirilən çempionatın qalibi tarixində ilk dəfə bu titulu qazanan Portuqaliya millisi olub.
Mediasport.com.az

