Azərbaycan yığmasının 5 boksçusu Eyndhoven kubokunda yarışacaq

 Azərbaycan yığmasının 5 boksçusu Eyndhoven kubokunda yarışacaq

Azərbaycan Niderlandın Eyndhoven şəhərində keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq.

"Mediasport" xəbər verir ki, məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.

Turnirdə Emil Qurbanəliyev Azərbaycanı hakim kimi təmsil edəcək.

Yarış iyunun 6-da start götürəcək, final görüşləri iyunun 9-da baş tutacaq.