Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala çıxdı
Azərbaycanın gənclərdən ibarət boks millisinin üzvü Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
"Mediasport" xəbər verir ki, 60 kq çəkidə yarışan idmançımız 1/4 finalında irlandiyalı Qavin Rayanla qarşılaşıb.
O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək doğum günündə özünə azı bürünc medalı qarantiləyib.
Təmsilçimiz noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla üz-üzə gələcək.
Xatırladaq ki, daha 3 boksçumuz 1/4 final görüşünü sabah keçirəcək.
