Bakıda Çempionlar Gecəsi: 3 boksçumuz inamlı qələbə qazandı

 Bakıda Çempionlar Gecəsi: 3 boksçumuz inamlı qələbə qazandı

Bakıda boks üzrə IBA Çempionlar Gecəsi keçirilib.

"Mediasport" xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunan yarışda 6 döyüş baş tutub.

5 görüşdə Azərbaycan idmançıları təmsil olunublar.

47,6 kiloqramda dünya çempionu Sübhan Mamedov Riçard Qardı (Filippin) məğlub edib.

Sərxan Əliyevlə (70 kiloqram) Nurtas Ajbenova (Qazaxıstan), Səidcəmşid Cəfərov (72,6 kiloqram) Nikolay Veselova (Belarus) qalib gəlib.

Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Nəbi İsgəndərov (70 kiloqram) isə Hikmət Qarayevlə (Rusiya) "sülh" bağlayıb.