Avropa çempionatı başlanır: Açılış günündə iki qarşılaşma keçiriləcək

Avropa çempionatı başlanır: Açılış günündə iki qarşılaşma keçiriləcək

Bu gün qadınlar arasında futbol üzrə Avropa çempionatı start götürəcək.

"Mediasport" xəbər verir ki, tarixdə 14-cü olacaq qitə birinciliyi İsveçrənin 10 stadionunda keçirilcək.

8 şəhərdə baş tutacaq yarışda 16 milli komanda 4 qrupda mübarizə aparacaq.

4 ildən bir keçirilən Avropa çempionatının sonuncu qalibi İngiltərə yığmasıdır.

İyulun 27-dək davam edəcək turnirin açılış günündə iki matç baş tutacaq.


Avropa çempionatı. A qrupu. 1-ci tur


20:00 İslandiya - Finlandiya

23:00 İsveçrə - Norveç