Dünya Millətlər Kubokunda 13 boksçumuz mübarizə aparacaq
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Dünya Millətlər Kubokunda iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.
"Mediasport" xəbər evrir ki, ölkəmiz iyunun 10-da start götürəcək ənənəvi beynəlxalq turnirdə 13 boksçu ilə təmsil olunacaq.
U-17 komandamızın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyevin rəhbərliyində Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulov (+80 kq) mübarizə aparacaq.
Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.
Final döyüşləri iyunun 14-də olacaq.
Yarışın hakimləri arasında təmsilçimiz Fərhad Rəhmanov da yer alacaq.


