Boksçularımız Dünya Kubokuna Qazaxıstanda hazırlaşacaqlar

 Boksçularımız Dünya Kubokuna Qazaxıstanda hazırlaşacaqlar

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Qazaxıstana yollanıb.

"Mediasport" xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu kollektiv toplanışın ikinci mərhələsini Çimkənddə davam etdirəcək.

13 boksçunun hazırlığı iyunun 12-də başa çatacaq.

Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılıb.

Təlim prosesi Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.