Maksim Medvedev "Qarabağ"da baş məşqçi təyin edildi

"Qarabağ"ın U-14 komandasının məşqçisi Maksim Medvedevin yeni iş yeri məlum olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu "Qarabağ"ın əvəzedici komandasına baş məşqçi təyin edilib.
Xatırladaq ki, 2006-2024-cü illərdə “Qarabağ”ın əsas komandasında forma geyinmiş veteran müdafiəçi U-14-də köməkçi məşqçi kimi çalışırdı.