Azərbaycan klubu Şahin Diniyevin məşqçi oğlu ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan 1-ci Liqası klubu "Difai"nin məşqçilər korpusunda ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, Ağsu təmsilçisi köməkçi məşqçi Kərim Diniyevlə yollarını ayırıb.
"Fədailər" Şahin Diniyevin oğlu ilə yanaşı, fiziki hazırlıq üzrə məşqçi Tural Lətifovla da əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, yeni başa çatan mövsümdə liqada 9-cu olan "Difai" "Hypers Guba"ya pley-offda 3:0 hesabı ilə qalib gələrək çempionatda qalmağa müvəffəq olub.