"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşı oyunçusu Elvin oldu

"Qarabağ" - "Kopenhagen" matçının ən yaxşı oyunçusu Elvin  oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilmiş "Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ali futbol qurumu bu ada Ağdam komandasının müdafiəçisi Elvin Cəfərquliyevi layiq görüb.

Cinah futbolçusu görüşdən sonra UEFA-nın xüsusi mükafatı ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycan çempionu Bakıda 2:0 hesablı qələbə qazanıb.