3751 metrlik Heydər Əliyev zirvəsinə ənənəvi yürüş baş tutdu

  3751 metrlik Heydər Əliyev zirvəsinə ənənəvi yürüş baş tutdu

Mayın 9-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.

"Mediasport" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilən yürüşün iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, eləcə də Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.