Daha bir komanda ev oyunlarını Xankəndi stadionunda keçirəcək
Azərbaycanın daha bir komandası növbəti mövsüm ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcək.
"Mediasport" xəbər verir ki, yenidənqurmadan sonra eyniadlı kollektivlə yanaşı, MOİK də 1-ci Liqada rəqiblərini Qarabağ bölgəsində qəbul edəcək.
"Hərbçilər"in arenanı 1 illik müddətə Gənclər və İdman Nazirliyindən (GİN) icarəyə götürüblər.
Xatırladaq ki, "Xankəndi" FK ötən mövsüm 2-ci Liqada çempion olaraq bir üst birinciliyiə yüksəlib.


