"İmişli"də növbəti legioner

 "İmişli"də növbəti legioner

“İmişli” yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.

"Mediasport" xəbər verir ki, aranlılar Dominqos Senqui Ermenegildo (Picas) ilə anlaşıblar.

25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Anqolalı sağ cinah vingeri karyerası ərzində vətənində “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaviş”, “Torreense”, “Feyrense” və “Fafe” klublarının formasını geyinib.