Bakı klubunda "təmizləmə əməliyyatı" - 7 futbolçu yola salındı

Yeni mövsüm 1-ci Liqada çıxış edəcək "Şəfa" 7 futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Vaqif Şirinbəyov, Tural Nərimanov, Güləli Mehraliyev, Bəxtiyar Soltanov, Ülvi Quliyev, Rauf Məhərrəmov və Muhamməd Məmmədovun başa çatan müqavilələrini yeniləməyib.
Qeyd edək ki, komanda ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya vəsiqə qazanıb.