Daha bir komanda ev oyunlarını Şamaxı stadionunda keçirəcək

Daha bir klub ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan 1-ci Liqasında yarışacaq "Şimal" da Şamaxıya üz tutub.
Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci Liqa matçları üçün əlverişli deyil.
Şimallılar bu səbəbdən qeyri-müəyyən müddətdə rəqiblərini Şamaxıda qəbul edəcəklər.
Xatırladaq ki, hazırda Premyer Liqa komandalarından "Karvan-Yevlax" və "İmişli" ev oyunları üçün Şamaxı şəhər stadionundan istifadə edir.
Eyni zamanda 1-ci Liqada bir neçə klub burada məskunlaşıb.