Binə Atçılıq Mərkəzində Prezident Kuboku yarışı yekunlaşdı - VİDEO

Binə Atçılıq Mərkəzində Prezident Kuboku yarışı yekunlaşdı - VİDEO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə XII Prezident Kuboku yarışı keçirilib.

"Mediasport" xəbər verir ki, finalda "Polad" komandasına 3:2 hesabı ilə qalib gələn "Elit" baş mükafata sahib çıxıb.

Üçüncü yeri isə "Embawood"u məğlub edən (2:1) "Sərhədçi" tutub.

Mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif ediliblər.