"Mingəçevir" ardıcıl 4-cü qələbəsini qazandı - 18-ci tura yekun vuruldu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç baş tutub.
6 oyundur məğlub olmayan "Mingəçevir" ardıcıl 4-vü qələbəsini qazanıb.
Turun əvvəlki görüşlərində lider "Qəbələ" Zaqatalada, ən yaxın izləyicisi "Karvan" isə Lökbatanda xal itirib.
Çempionatda qalmağa çalışan "Difai" isə "Cəbrayıl"ın qapısından 4 cavabsız top keçirib.
Azərbaycan 1-ci Liqası. 18-ci tur
12 mart (çərşənbə)
“Bakı Sportinq” - “İmişli” 2:2
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
13 mart (cümə axşamı)
“Cəbrayıl” - “Difai” 0:4
Hakimlər: Alik Yunusov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Rasim Musayev
Lökbatan OİK stadionu
“Qaradağ Lökbatan” – “Karvan” 1:1
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov
Lökbatan OİK stadionu
“Zaqatala” – “Qəbələ” 1:1
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov
Zaqatala OİK stadionu
14 mart (cümə)
“Mingəçevir” - MOİK 1:0
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev
Mingəçevir şəhər stadionu (ehtiyat meydança)