Bakıda Dünya Kuboku start götürdü
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışı start götürüb.
"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə idmançılar təsnifat mərhələsində mübarizə aparırlar.
Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.
Turnirdə ölkəmiz Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə ilə təmsil olunur.
30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarışa martın 8-də yekun vurulacaq.
