Yığmamızın üzvü Dünya Kubokunu gümüş mükafatla başa vurdu

 Yığmamızın üzvü Dünya Kubokunu gümüş mükafatla başa vurdu

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov halqalarla yarışda uğurla çıxış edib.

O, 14,333 xalla gümüş medal qazanıb.

Qeyd edək ki, Simonov bu il Dünya Kubokunun Bakı mərhələsinin qalibi olub, Kottbus (Almaniya), Osiek (Xorvatiya) və Antalyada (Türkiyə) ikinci yeri tutub.