Sergey Jelanov Azərbaycan yığmasında fəaliyyət göstərəck

 Sergey Jelanov Azərbaycan yığmasında fəaliyyət göstərəck

Azərbaycan Atletika Federasiyası Olimpiya oyunlarının mükafatçısı Sergey Jelanovla əməkdaşlığa başlayıb.

"Mediasport" xəbər verir ki, Rusiya yığmasının sabiq baş məşqçisi bundan sonra Azərbaycan atletikasının uğurları üçün çalışacaq.

O, komandamızın məşqçilər heyətində fəaliyyət göstərəcək.

Mütəxəssis millinin hazırlıq prosesinə qoşularaq atletlərimizin məşq proqramlarının təkmilləşdirilməsinə və qarşıdakı yarışlara hazırlığına öz töhfəsini verəcək.