Bakıda keçirilən Dünya Kuboku yarışına yekun vuruldu

Bakıda keçirilən Dünya Kuboku yarışına yekun vuruldu

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin son günündə fərdi və qrup hərəkətləri üzrə komandalar arasında mükafatçılar müəyyənləşib.

Sonda ənənəyə uyğun olaraq, kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına da “AGF Trophy” kuboku təqdim olunub.

Qeyd edək ki, Dünya kubokunda ən çox mükafatı ukraynalı bədii gimnast Taisiya Onofriyçuk qazanıb. O, halqa ilə qızıl, çoxnövçülükdə, top və lentlə gümüş, gürzlərlə bürünc medal əldə edib.

Almaniyalı Olimpiya çempionu Daria Varfolomeev halqa və lentlə çıxışlarda iki qızıl medala yiyələnib.

Paris-2024 Yay Oyunlarının bürünc mükafatçısı, italiyalı Sofia Raffaelli çoxnövçülükdə birinci olub, kiprli Vera Tuqolukova topla hərəkətlərdə qalib adına layiq görülüb.

Qrup komandalarında hər üç qızıl medal müxtəlif ölkələrin payına düşüb. Bolqarıstan çoxnövçülükdə, Çindən olan Olimpiya çempionları beş lentlə hərəkətdə, Yaponiya isə üç top və iki halqa ilə hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, 3 gün davam edən yarışda 39 ölkə idmançıları mübarizə aparıblar.