"Qarabağ" ilk raundu keçsə, bu 9 klubdan biri ilə qarşılaşa bilər

"Qarabağ" ilk raundu keçsə, bu 9 klubdan biri ilə qarşılaşa bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində mümkün rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu, "Pafos"un (Kipr) ölkə kubokunun qalibi olmasından sonra dəqiqləşib.

Mübarizəyə 1-ci təsnifatdan başlayacaq "atlılar" mərhələni uğurla keçsələr, "Şerif", "Dinamo" (Kiyev), "Beşiktaş", "Tvente", "Hayduk" "Tromse", "Sankt Gallen", "ÇSKA" (Sofiya), "Hammarbi" klublarından biri ilə qarşılaşa bilər.

Xatırladaq ki, Avroliqada ilk mərhələnin püşkü iyunun 16-da atılacaq.