Bölgə klubu qış hazırlığını millinin təlim-məşq bazasında keçəcək
Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi “Şahdağ Qusar”ın qış hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Qusar klubu yanvarın 6-dan fevralın 4-dək toplanış keçəcək.
Hazırlıq Azərbaycan Cüdo Federasiyasının(ACF) təlim-məşq bazasında, köhnə "Neftçibaza"da baş tutacaq.
Xatırladaq ki, qusarlılar çempionatda 12 turdan sonra 12 xalla səkkizinci pillədə qərarlaşıblar.
