Milli komandamız 3-cü matçda da məğlub oldu - Avropa çempionatı

Milli komandamız 3-cü matçda da məğlub oldu - Avropa çempionatı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununa çıxıb.

“Mediasport” xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığma B Liqasının IV qrupunda Monteneqro futbolçuları ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Yığmamızın raundda yeganə qolunu Aysel Ziyadova vurub.

Qeyd edək ki, mərhələnin matçları Albaniyada keçirilir.

Millimiz qrupda əvvəlki iki görüşdə Şimali İrlandiya və Albaniyaya 0:4 hesabları ilə uduzub.