"Sabah" və "Qarabağ"ı qabaqlayan "Neftçi" Elvin Məmmədovla ölkə çempionu adını qazandı - VİDEO

"Sabah" və "Qarabağ"ı qabaqlayan "Neftçi" Elvin Məmmədovla ölkə çempionu adını qazandı - VİDEO

AFFA U-17 Liqasında mövsümə yekun vurulub.

"Mediasport" xəbər verir ki, 2025/2026-cı illər sezonunun qalibi "Neftçi" olub.

Elvin Məmmədovun baş məşqçisi olduğu "ağ-qaralar" əsas rəqibləri "Sabah" və "Qarabağ"ı geridə qoyaraq çempionluğu rəsmiləşdiriblər.

"Altılıq"da 29 xal toplayan "Neftçi" son turda Masazır təmsilçisi ilə 0:0 hesablı heç-heçə edərək kubok və qızıl medalları əldə edib.

Qeyd edək ki, bu, Azərbaycan milli komandasının sabiq futbolçusunun gənc baş məşqçi kimi ilk uğurudur.