Prezident federasiyaya 1 milyon manat yardım ayırdı - SƏRƏNCAM

Prezident federasiyaya 1 milyon manat yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə yardımı ayrılması ilə bağlı sərəncam imzalayıb.

"Mediasport" xəbər verir ki, 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan federasiyaya 1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu məbləğin ödənilməsi, Nazirlər Kabinetinə isə həmin məsələlərin icrası tapşırığı verilib.

Xatırladaq ki, yığmamız turnirin finalında Ukraynanı məğlub edərək (2:0) baş mükafata sahib çıxaraq ikinci dəfə yarışın qalibi olub.