Bölgə klubuna yeni sponsor gəldi

Bölgə klubuna yeni sponsor gəldi

"Şirvan" OİK-lə birləşən "Şirvan" FK yeni sponsorla əməkdaşlığa başlayıb.

"Mediasport" xəbər verir ki, aranlılar GBARU (Global Builders & Realtors / Global Gateway) şirkəti ilə razılaşma əldə edib.

Anlaşmaya əsasən, GBARU klubun rəsmi forma tərəfdaşı olacaq.

Əsas komandanın rəsmi oyun formalarının və məşq dəstlərinin ön hissəsində şirkətin loqosu yer alacaq.

Razılaşma klubun institusional inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, peşəkar futbolun inkişafına yönəlmiş özəl sektor dəstəyinin növbəti nümunəsidir.

"Şirvan" FK tərəfdaşları ilə qarşılıqlı etimad, peşəkarlıq və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında fəaliyyətini davam etdirir.

Qeyd edək ki, GBARU yerli və xarici şirkətləri bir araya gətirən, süni intellekt əsaslı qlobal B2B (Business-to-Business) təchizat, əməkdaşlıq və biznes inkişafı platformasıdır.

Platforma şirkətlərə satınalma və təchizat proseslərini daha səmərəli idarə etməyə, yeni biznes tərəfdaşları tapmağa, məhsul və xidmətlərini tanıtmağa, həmçinin yerli və beynəlxalq bazarlarda fəaliyyətlərini genişləndirməyə imkan yaradır.