Aramsız leysan stadionu bərbad hala saldı, matçın yeri dəyişdirildi

Aramsız leysan stadionu bərbad hala saldı, matçın yeri dəyişdirildi

Azərbaycan 2-ci Liqasında 21-ci turun bir görüşünün yeri dəyişdirilib.

"Mediasport" xəbər verir ki, bu günə planlaşdırılan “Şəmkir” - “Kür-Araz” oyunu Tovuz şəhər stadionunda baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqası qərar çıxarıb.

Qeyri-sabit hava şəraiti və yağış qarşılaşmanın keçirilməli olduğu Şəmkir Olimpiya İdman Kompleksinin stadionunu yararsız hala salıb.

Matç saat 18:00-da başlanacaq.