Azərbaycan badmintonçularından beynəlxalq turnirdə 17 medal
Azərbaycanın teniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Cup Youth International 2026" beynəlxalq turnirində 3 yaş kateqoriyasında mükafatçılar sırasında yer alıblar.
Bu barədə "Mediasport"a Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanı təmsil edən badmintonçuların iştirak etdiyi beynəlxalq turnirdə ümumi qazanc 17 medal (5 qızıl, 4 gümüş, 8 bürünc) olub.
Murad Qarayev – Aidə Qurbanova (U-11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə) U-11 qoşa oğlanlar, İsmayıl Qarayev – Zülfüqar Kərimli (U-13 oğlanlar qoşa), Ömər Mehdi (U-15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U-15 oğlanlar qoşa) qızıl medal qazanıblar.
Murad Qarayev (U-11) və Yusif Kamalov (U-15) oğlanların, Banu İbrahimli (U-15) isə qızların fərdi yarışında gümüş medala layiq görülüb.
U-15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də gümüş medalçılar sırasında yer alıb.
Aidə Qurbanova - Melis Demir (Türkiyə) U-11 qoşa qızlar, İsmayıl Qarayev, Zülfüqar Kərimli (U-13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U-13 qızlar şəxsi), Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova, (U-13 qarışıq qoşa) və Dəniz Əhmədli - Lalə İsmayılova (U-13 qoşa qızlar) yarışın bürünc medallarına sahib çıxıblar.


