"Qarabağ" dramatik qarşılaşmanı penaltilər seriyası ilə qazanaraq bürünc medalların sahibi oldu
Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə keçirilən “Sabahın Ulduzları” U-15 Liqasında bürünc medalların sahibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həlledici qarşılaşmada "Qarabağ" və EFA kollektivləri üz-üzə gəliblər.
Əsas və və əlavə vaxtı dramatik alınan, nəticədə 3:3 (2:2, ə.v. - 1:1) hesabı ilə yekunlaşan matçda medalların taleyi penaltilər seriyası ilə müəyyənləşib.
"Lotereya"larda daha dəqiq olan ağdamlılar 6:5 hesablı qələbə ilə U-15 Liqasında bürünc medalları təmin ediblər.
U-14 Liqasında isə bürünc mükafatı "Neftçi"ni 4:2 hesabı ilə məğlub edən "Ulduz“ qazanıb.
Hər iki yarışda finallar sabah baş tutacaq.


