Öncə "Sabah", sonra TNS
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - TNS oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
"Mediasport" xəbər verir ki, "bayquşlar"ın oyun öncəsi mətbuat konfransı iyulun 6-da, saat 17:15-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq.
Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Məşqi isə həmin gün saat 18:30-da "Sabah" Futbol Mərkəzində keçiriləcək.
TNS-in oyun öncəsi mətbuat konfransı iyulun 6-da saat 19:15-də, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da, "Bank Respublika Arena"da baş tutacaq.
"Sabah" - TNS oyunu iyulun 7-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.


