Bolqarlar "Qarabağ"la Avroliqa matçının biletlərini satışa çıxardı

Bolqarlar "Qarabağ"la Avroliqa matçının biletlərini satışa çıxardı

Bolqarıstanın ÇSKA klubu iyulun 30-da UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qəbul edəcəyi "Qarabağ"la matçın biletlərini satışa çıxarıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 12-100 avro arasında dəyişir.

Biletlər onlayn, görüşün keçiriləcəyi "Vasil Levski" stadionunun kassalarında, həmçinin "hərbçilər"in rəsmi mağazasında satılır.

Qarşılaşma saat 21:00-da start götürəcək. Qeyd edək ki, Bakıda hesab açılmayıb.