Ukrayna millisinin daha iki üzvü Azərbaycana qarşı oynamayacaq

Oktyabrın 13-də DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Polşada Azərbaycan millisini qəbul edəcək Ukrayna yığmasının daha iki əsas futbolçusu meydana çıxa bilməyəcək.
"Mediasport" xəbər verir ki, D qrupunun Krakov şəhərində baş tutacaq matçında “Jirona”nın (İspaniya) yarımmüdafiəçisi Viktor Çıqankov və “Dinamo”nun (Kiyev) müdafiəçisi Aleksandr Timçik oynaya bilməyəcək.
Hər iki futbolçu görüşü zədə səbəbindən buraxacaq.
Xatırladaq ki, daha əvvəl Aleksandr Zubkov və Roman Yaremçuk da zədəyə görə heyətdən çıxarılmışdı.
Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.