Monteneqro mətbuatında Marko Yankoviç haqqında nə yazdılar?
Monteneqro mətbuatı UEFA Millətlər Liqasının qarşıdan gələn oyunları üçün milli komandanı gücləndirə biləcək yarımmüdafiəçilər haqda yazı hazırlayıb.
"Mediasport" xəbər verir ki, “Vijesti.me” portalında dərc olunan məqalədə "Qarabağ"ın futbolçusu Marko Yankoviçin adı xüsusi qeyd edilib.
Bildirilib ki, Ağdam klubunun üzvü təcrübəsi və enerjisi hesabına milliyə daim fayda verir:
"Baş məşqçi Mirko Vuçiniçin yarımmüdafiədə iki vunderkindi var və hər ikisi Fransa və İtaliyada böyük uğurlar qazanır. Hər ikisi də çox gəncdir.
Lakin daha təcrübəli olan Marko Yankoviç var. O, mövsümə "Qarabağ"ın "Sabah"a uduzduğu Azərbaycan çempionluğunu geri qaytarmaq üçün lazım olan enerji ilə başlayıb".
Xatırladaq ki, 2016-cı ildən dəvət aldığı millidə 59 oyun keçirib 1 qol vuran Yankoviç 2022-ci ildən Ağdam klubunun üzvüdür.

