"Qarabağ" 8-ci transferi açıqladı
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti keçidi gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, ağdamlılar Macarıstanın “Ferensvaroş” klubundan Cebrail Makreçkisi sıralarına cəlb ediblər.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib.
O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay transfer pəncərəsində komandanın 8-ci transferidir.
Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.


