Bordin "Neftçi"yə qayıtmaq istəyir

 Bordin "Neftçi"yə qayıtmaq istəyir

İtaliyalı mütəxəssis Roberto Bordin "Neftçi"yə qayıtmaq istəyir.

"Mediasport" xəbər verir ki, italyan mütəxəssis bu barədə "Report"a müsahibəsində deyib.

60 yaşlı məşqçi "ağ-qaralar"da yaxşı vaxt keçirdiyini söyləyib:

"Neftçi"yə bağlıyam. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edəcəklər. Mən də komandada çox uğur qazanmaq istərdim. Kim bilir, bəlkə də yaxın gələcəkdə geri qayıda biləcəyəm".

R.Bordin paytaxt təmsilçisindən təklif almadığını vurğulayıb:

"Sadəcə, mən geri qayıtmaq istəyirəm. Çünki klubda çox gözəl vaxt keçirmişəm və əla insanlarla işləmişəm".

Xatırladaq ki, Roberto Bordin 2018-2020-ci illərdə "Neftçi"nin baş məşqçisi olub.