"Barselona" dördüncü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu
"Barselona"nın qadınlardan ibarət futbol komandası UEFA Çempionlar Liqasının qalibi olub.
"Mediasport" xəbər verir ki, Kataloniya təmsilçisi həlledici matçda "Lion"u (Olimpik) məğlub edib (4:0).
Xatırladaq ki, "Barselona" tarixində dördüncü dəfə bu turnirin qızıl medallarına yiyələnib.


