Türkiyə, Moldova, Estoniya, Litva, Nepaldan sonra "Ağstafa Gəncləri"

Türkiyə, Moldova, Estoniya, Litva, Nepaldan sonra "Ağstafa Gəncləri"

1-ci Liqa klubu "Mingəçevir"dən ayrılan Nurlan Novruzovun yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, hücumçu karyerasını 2-ci Liqada davam etdirəcək.

Forvard “Ağstafa Gəncləri” ilə 1 illik müqavilə imzalayıb.

33 yaşlı futbolçu “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail”, “Xankəndi”, “Şəki Siti”də oynayıb.

O, Türkiyə, Moldova, Estoniya, Litva və Nepalda legioner həyatı yaşayıb.