"Borussiya"nın sabiq üzvü bölgə klubunda oynayacaq - RƏSMİ

"Borussiya"nın sabiq üzvü bölgə klubunda oynayacaq - RƏSMİ

2025-26 mövsümünə hazırlığı davam etdirən "Karvan-Yevlax" almaniyalı hücumçu transfer edib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Coy Sleyd Mikels ilə 1 illik müqavilə imzalayıb.

31 yaşlı forvard karyerası ərzində Almaniyanın "Borussiya - 2" (Münhenqladbax) klubunda forma geyinib (2013-2014).

Xatırladaq ki, Coy Sleydin qardaşları Coy Lens Mikels ("Sabah") və Leroy Mikels ("Şamaxı") də Azərbaycan Premyer Liqasında mübarizə aparır.