"Karvan" "Kirstal Pelas"ın yetirməsi ilə müqavilə imzaladı

"Karvan" "Kirstal Pelas"ın yetirməsi ilə müqavilə imzaladı

Qarşıdakı mövsüm Azərbaycan Premyer Liqasında yarışacaq "Karvan" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi İngiltərənin "Kristal Pelas" klubunun yetirməsi Kayl Spenslə güclənib.

Hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.

28 yaşlı vinger son olaraq Şimali İrlandiyanın “Kolreyn" komandasında 19 oyun keçirib.

2012-2013-cü illərdə Şotlandiyanın U-16 millisində 7 dəfə forma geyinmiş ingilis futbolçu 1 qol vurub.

O, karyerası ərzində "Koventri" (2014-2017, "Hempton" (2017), "Kinqstonian" (2017), "İst Qrinstid Taun" (2017, hamısı İngiltərə), "Valdres" (2018), "Alta" (2019), "Öyqarden" (2020, hamısı Norveç), "Hegelmann" (2021, Litva), "Frankfurt" (2022/2023, Almaniya), "Veles" (2023/2024, İspaniya) və "Qzira Yunayted" (2024, Malta) klublarının şərəfini qoruyub.