"Bayern" PSJ ilə üz-üzə: UEFA Çempionlar Liqasında erkən final

"Bayern" PSJ ilə üz-üzə: UEFA Çempionlar Liqasında erkən final

Bu axşam UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, yarımfinalın ikinci cütündə "Bayern"lə PSJ-nin cavab qarşılaşması böyük maraqla gözlənilir.

Almaniyada baş tutacaq dueldə menhenlilər ötən həftə Fransada aldıqları minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Qeyd edək ki, digər finalçı dünən "Atletiko"nu mübarizədən kənarlaşdıran "Arsenal" olub.

Turnirin builki finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da keçiriləcək.


UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu


23:00 "Bayern" (Almaniya) - PSJ (Fransa) ilk oyun - 4:5

Baş hakim: Joau Pineyru

Almaniya, Münhen, "Alyans Arena" stadionu.