UEFA Çempionlar Liqasında 6-cı turun 9 qarşılaşması keçirildi
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun görüşləri start götürüb.
"Mediasport" xəbər verir ki, 18 oyundan 9-u baş tutub.
Növbəti turda "Qarabağ"ın Bakıda qəbul edəcəyi "Ayntraxt" (Frankfurt) İspaniyada "Barselona"ya uduzub, 8-ci turda qonağı olacağımız "Liverpul" isə Milanda "İnter"i məğlub edib.
Türk təmsilçilərindən "Qalatasaray" Fransada "Monako", "Kayrat" doğma meydanda "Olimpiakos"la bacarmayıb.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 6-cı tur
"Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) 0:1
"Bayern Münhen" (Almaniya) - "Sportinq" (Portuqaliya) 3:1
"Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:1
"Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya) 3:0
"Yunion Sent-Jiloaz" (Belçika) - "Olimpik Marsel" (Fransa) 2:3
"Barselona" (İspaniya) - "Ayntraxt" F. (Almaniya) 2:1
"Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) 2:1
PSV (Niderland) - "Atletiko" M. (İspaniya) 2:3
