Çempionlar Liqasında 2-ci raundun ilk oyunlarına yekun vuruldu
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, son gündə 3 matç keçirilib.
Azərbaycanlı Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniyada bərabərə qalıb. Müdafiəçi komandasının düşərgəsinə gec qoşulduğu üçün adı protokola salınmayıb.
Xatırladaq ki, bu mərhələdə ilk gün 11 görüş olmuşdu.
2-ci raundun cavab qarşılaşmaları iyulun 28-i və 29-da baş tutacaq.
UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar
"Omoniya" (Kipr) – "Kayrat" (Qazaxıstan) 1:0
"Levski" (Bolqarıstan) – "Universitatya" Krayova (Rumıniya) 1:0
"Eqnatiya" (Albaniya) – "Çelye" (Sloveniya) 3:3


