Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq

Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq

Mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkü atılacaq.

"Mediasport" xəbər verir ki, mərasim Bakıda baş tutacaq.

Mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.

Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.

DÇ mayın 21-də start götürəcək, iyunun 1-də final oyunu keçiriləcək.

Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə keçiriləcək yarışın son qalibi Rumıniya yığmasıdır.