Bakının ev sahibliyi etdiyi dünya çempionatına start verildi

Bakının ev sahibliyi etdiyi dünya çempionatına start verildi

Mayın 21-dən iyunun 2-dək Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun gününə 8 matç planlaşdırılıb.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyn futbolçuları ilə qarşılaşacaq.

Bu qarşılaşmadan əvvəl mundialın rəsmi açılış mərasimi keçiriləcək, türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova səhnə alacaqlar.


Dünya çempionatı. Qrup mərhələsi. 1-ci tur


A qrupu

20:30 Azərbaycan - Bəhreyn

23:00 Mavritaniya - Sloveniya


B qrupu

09:15 Fransa - Çad

21:45 Rumıniya - Özbəkistan


C qrupu

10:30 Macarıstan - Türkiyə

13:00 Ukrayna - İngiltərə


D qrupu

11:45 Bolqarıstan Portuqaliya

14:15 Slovakiya - Hindistan