Bakıdakı dünya çempionatının püşkatma mərasimi keçiriləcək

Mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının final mərhələsinin bu ay püşkatma mərasimi keçiriləcək.
"Mediasport" xəbər verir ki, Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər açıqlanıb.
Dünya çempionatında iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.
Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.
Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.