Millimiz Avropa çempionu oldu
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
"Mediasport" xəbər verir ki, yığmamız həlledici matçda Ukraynanı məğlub edib (2:0).
Nəticədə, Azərbaycan ikinci dəfə Avropa çempionu adına yiyələnib.
Millimiz 2022-ci ildə keçirilən yarışda da baş mükafata sahib çıxmışdı.
Xatırladaq ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv bunadək qrupda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2), 1/8 finalda Qazaxıstan (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) məğlub edib.


