Bulvarda dünya çempionatı ilə əlaqədar "Fan Zona" təşkil edildi

Bakıda ilk dəfə keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub.
"Mediasport" xəbər verir ki, ərazidə müxtəlif attraksionlar və əyləncə bölmələri quraşdırılıb.
Zonanın fəaliyyəti haqqında iştirakçılara məlumat verilib. “Fan Zona”da gənclər və idman naziri Fərid Qayıbov, Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “YAŞAT” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandanın üzvləri iştirak ediblər.
"Fan Zona" paytaxtımızın qonağı olan turistlərin də diqqətini çəkib.
Qeyd edək ki, mundialın oyunları mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında baş tutacaq.